Lənkəran teatrında yeni tamaşanın premyerası olub

Lənkəran teatrında yeni tamaşanın premyerası olub
# 28 aprel 2016 15:49 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev - APA. Lənkəran Dövlət Dram Teatrında yazıçı-dramaturq Əli Əmirlinin “Köhnə ev” dramatik komediyasının premyerası olub. APA-nın cənub bürosunun məlumatına görə, respublikanın Əməkdar artisti Adil Zeynalovun quruluş verdiyi bu səhnə əsərində ata ilə övladın qarşılıqlı münasibətlərindən bəhs edilir.

Tamaşanın səhnə tərtibatı rəssam Məzaim Qurbanovun, musiqi tərtibatı Fərahim Fərəcovundur. Rolları teatrın aktyorları, Xalq artisti Qabil Quliyev, Şahrud Mehdiyeva, Təranə Fərəcova, Günel Abbaszadə, Emil Rzayev, Səyad Əliyev və Aysel Babazadə ifa ediblər.

Qeyd edək ki, Lənkəran teatrı Əli Əmirlinin əsərlərinə artıq üçüncü dəfədir ki, müraciət edir. Bundan əvvəl teatrda dramaturqun “Varlı qadın” və “Onun iki qabırğası” əsərləri tamaşaya qoyulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR