Əlcəzairdə “Əl-Qaidə” silahlıları məhv edilib

Əlcəzairdə “Əl-Qaidə” silahlıları məhv edilib
# 30 yanvar 2016 01:35 (UTC +04:00)

Bakı-APA. Əlcəzair hərbçiləri Ayn-Defla əyalətində həyata keçirdikləri xüsusi əməliyyat nəticəsində “Əl-Qaidə” terror qruplaşmasının 4 üzvünü məhv ediblər.

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi məlumata görə, əməliyyat zamanı həmçinin xeyli sayda silah-sursat aşkar edilib.

Qeyd edək ki, 2015-ci ilin iyulunda Əlcəzair hərbçiləri “Əl-Qaidə” ilə əlaqəli silahlıların hücumuna məruz qalmışdılar. Hücum nəticəsində Əlcəzair Silahlı Qüvvələrinin 14 əsgəri həlak olmuşdu.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR