Obama Kubaya tarixi səfər edəcək - YENİLƏNİB

Obama Kubaya tarixi səfər edəcək - <span style="color: red;">YENİLƏNİB
# 19 mart 2016 23:25 (UTC +04:00)

Bakı-APA. ABŞ prezidenti Barak Obama martın 20-də Kubaya dövlət səfəri edəcək. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, səfər martın 22-dək davam edəcək. Prezidenti səfər zamanı hökumət nümayəndələri, konqresmenlər, sahibkarlar, həyat yoldaşı və iki qızı müşayiət edəcək.

Qeyd edək ki, bu ABŞ prezidentinin Kubaya son 90 ildə ilk səfəridir.

Səfər çərçivəsində ABŞ prezidentinin Kubanın rəhbəri Raul Kastro ilə görüşü nəzərdə tutulub. Danışıqların yekunlarına dair tərəflərin bəyanat verməsi gözlənilir.

Bundan sonra Obama kubalı sahibkarlarla görüşməyi planlaşdırır. Görüşdə iqtisadi-ticarət münasibətlərinin perspektivləri müzakirə ediləcək.

Martın 22-də Obamanın Kuba xalqı qarşısında çıxışı nəzərdə tutulub. Rəsmi Havana Obamanın çıxışını televiziya ilə yayımlayacağını vəd edib.

Daha sonra ABŞ prezidenti vətəndaş cəmiyyətinin və müxalifət nümayəndələri ilə görüşəcək.

Obamanın Havanaya rəsmi səfəri beysbol matçına baxması ilə yekunlaşacaq. Görüş Kubanın milli yığma komandası və ABŞ-ın Florida ştatının “Tampa Bay Rays” komandası arasında baş tutacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR