Azərbaycanda traktor istehsalı artıb, yük avtomobilləri azalıb

Azərbaycanda traktor istehsalı artıb, yük avtomobilləri azalıb
# 20 fevral 2016 07:11 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Bu ilin yanvar ayında Azərbaycanda maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 20,7 mln. manatlıq məhsul istehsal edilib.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, 2015-ci ilin yanvar ayı ilə müqayisədə maşın və avadanlıqların istehsalı 29,3%, sair nəqliyyat vasitələrinin istehsalı 10,6% azalıb, avtomobil və qoşquların istehsalı isə 2,4 dəfə artıb. Ay ərzində 15,6% az yük avtomobili, 8,8% az ştanqlı quyu nasosları istehsal edilib. Bununla yanaşı, hesabat dövründə 97 ədəd traktor, 54 ədəd qoşqular və yarımqoşqular istehsal edilib.

Belə ki, bu ilin yanvar ayında Azərbaycanda minik avtomobili istehsal edilməyib. Nəticədə bu ilin fevral ayının 1-nə 208 ədəd hazır məhsul ehtiyatı yaranıb.

Ötən ay ərzində ölkədə 27 ədəd yük avtomobili istehsal edilib. Bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 15,6% azdır. Nəticədə bu ilin fevral ayının 1-nə 2 ədəd hazır məhsul ehtiyatı yaranıb.

Ötən ay ərzində xüsusi təyinatlı kommunal maşınları istehsal edilməyib. Nəticədə bu ilin fevralın 1-nə 90 ədəd hazır məhsul ehtiyatı yaranıb.

Bu ilin yanvarında ölkədə 97 ədəd traktor istehsal edilib ki, bu da 2015-ci ilin eyni dövrü ilə müqayisədə 2,1% çoxdur. Nəticədə bu ilin fevral ayının 1-nə 2 ədəd hazır məhsul ehtiyatı yaranıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR