Astarada və Goranboyda yanğın olub

Astarada və Goranboyda yanğın olub
# 19 fevral 2016 19:36 (UTC +04:00)

Bakı-APA. Goranboy və Astarada yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Astara rayonu, Ərçivan kəndində (rayon mərkəzindən 13 km aralı) isə vətəndaşa məxsus 300 kv.m olan ikimərtəbəli 8 otaqdan ibarət evin 4 otağının yanar konstruksiyaları 150 kv.m sahədə və dam örtüyü yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Goranboy rayonu, Tap Qaraqoyunlu kəndində ümumi sahəsi 840 kv.m olan birmərtəbəli 9 otaqdan ibarət tikilinin 1 otağının tavanı 12 kv.m sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR