İntensiv yağıntılarla əlaqədar çaylarda suyun səviyyəsi artıb

 İntensiv yağıntılarla əlaqədar çaylarda suyun səviyyəsi artıb
# 04 dekabr 2015 09:48 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Ölkə ərazisində, xüsusən də Lənkəran-Astara bölgəsində yağan intensiv yağış nəticəsində bu ərazidən axan çaylarda suyun səviyyəsində 43-71 sm intervalında artım qeydə alınıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 110-130, Kiçik Qafqazın çaylarında 180-185, Lənkəran-Astara bölgəsi çaylarında isə 450-500 faizini təşkil edir.

Dekabrın 4-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 4 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 195 m3/s olmaqla ongünlük normanın 124 faizini təşkil edir. 2014-cü ildə isə bu rəqəm 140 m3/s olmaqla ongünlük normanın 89 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 4 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 75 m3/s olmaqla, ongünlük normanın 98 faizini təşkil edir. 2014-cü ildə isə bu göstərici 80 m3/s təşkil edərək ongünlük normanın 104 faizinə bərabər olub.

Kür çayının aşağı axınında suyun səviyyəsində artım müşahidə olunub. Çayın Surra məntəqəsində 4, Şirvanda 8, Salyanda 6, Bankədə 10, Araz çayının Novruzlu məntəqəsində isə 5 sm artım qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 380 sm (2014-cü il dekabrın 04-də 404 sm), Şirvanda 239 sm (2014-cü il dekabrın 04-də 279 sm), Salyanda 197 sm (2014-cü il il dekabrın 04-də 275 sm), Bankədə 195 sm (2014-cü il dekabrın 04-də 223 sm), Araz çayının Novruzlu məntəqəsində isə 110 sm (2014-cü il dekabrın 04-də 154 sm) təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR