Göygöldə ahıl kişini maşın vuraraq öldürüb

Göygöldə ahıl kişini maşın vuraraq öldürüb
# 04 oktyabr 2016 12:26 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Göygöl rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

APA-nın qərb bürosunun məlumatına görə, hadisə Gəncə-Göygöl avtomobil yolunun Qızılqaya qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. “VAZ-21015” markalı avtomobil yolu keçən ahıl kişini vurub. Piyada aldığı xəsarətdən hadisə yerindəcə ölüb.

Hazırda qəzanı törədən və qəzada ölən şəxsin kimliyinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR