Metroda soyğunçuluq edən 18 yaşlı keçmiş məhkum saxlanılıb

Metroda soyğunçuluq edən 18 yaşlı keçmiş məhkum saxlanılıb
# 03 noyabr 2015 09:00 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda metroda soyğunçuluq edən şəxs saxlanılıb.

Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Metropolitendə Polis Şöbəsi Cinayət-Axtarış Qrupunun əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, oktyabrın 29-da metronun 28 May stansiyasında Göyçay rayon sakini, 1996-cı il təvəllüdlü Kamran Əsgərlinin qol saatını soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən Şamaxı rayon sakini, əvvəllər məhkum olunmuş 1997-ci il təvəllüdlü Rüstəm Rüstəmov tutulub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR