Coğrafiya İnstitutu illik hesabatını təqdim edib

Coğrafiya İnstitutu illik hesabatını təqdim edib
# 15 dekabr 2015 07:23 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. AMEA-da Yer Elmləri Bölməsi və Coğrafiya İnstitutu birgə iclas keçiriblər. AMEA-dan APA-ya verilən xəbərə görə, iclasda Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov rəhbərlik etdiyi elm müəssisəsinin 2015-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyətinin yekunu haqqında hesabatını təqdim edib.

Akademik R. Məmmədov bu il AMEA ilə yanaşı, Coğrafiya İnstitutunun da 70 ilinin tamam olduğunu deyib.

R. Məmmədov prezident İlham Əliyevin fərman və sərəncamlarının icrası ilə əlaqədar görülən işlər haqqında məlumat verib. Sonra akademik 2015-ci ildə elmi-tədqiqat işləri planlarının yerinə yetirilməsi və alınmış mühüm nəticələrdən söz açıb.

Tədbirdə prezident İlham Əliyevin AMEA-nın 70 illik yubileyinə həsr olunmuş ümumi yığıncaqdakı nitqindən irəli gələn Coğrafiya İnstitutuna aid məsələlər müzakirə olunub.

İclasda Coğrafiya İnstitutunun yeni strukturu müzakirə edilib.

Sonda Yer Elmləri Bölməsinin akademik-katibi, akademik Fəxrəddin Qədirov AMEA-nın 70 illik yubileyi münasibətilə Coğrafiya İnstitutunun bir qrup əməkdaşına Yer Elmləri Bölməsinin Fəxri Fərmanını təqdim edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR