Türkiyədə PKK-ya qarşı əməliyyat zamanı 2 hərbçi həlak olub, 6 nəfər yaralanıb

Türkiyədə PKK-ya qarşı əməliyyat zamanı 2 hərbçi həlak olub, 6 nəfər yaralanıb
# 20 aprel 2016 00:12 (UTC +04:00)

Bakı-APA. Türkiyənin cənub-şərqində PKK terror qruplaşmasına qarşı əməliyyat zamanı 2 hərbçi həlak olub, 6 nəfər yaralanıb. APA-nın məlumatına görə, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatında bildirilir.

“Aprelin 19-da Türkiyənin Şirnak şəhərində PKK terror qruplaşmasına qarşı əməliyyat zamanı kustar üsulla hazırlanmış partladıcı qurğunun işə salınması nəticəsində 2 hərbçi həlak olub. Daha dörd hərbçi və təhlükəsizlik xidmətinin iki əməkdaşı yaralanıb. Yaralılar dərhal xəstəxanaya çatdırılıblar”, - deyə məlumatda bildirilir.

Bundan əvvəl Türkiyədə sutka ərzində 16 PKK terrorçusunun öldürüldüyü bildirilmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR