Azərbaycan vətəndaşlarını Türkiyədə cinsi istismara məruz qoyan qadın saxlanılıb

Azərbaycan vətəndaşlarını Türkiyədə cinsi istismara məruz qoyan qadın saxlanılıb
# 26 yanvar 2016 13:32 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Azərbaycan vətəndaşlarını Türkiyədə cinsi istismara məruz qoyan qadın saxlanılıb.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Şirvan şəhər sakini Şəhla Orucovanın digər şəxslərlə birgə gəlir əldə etmək məqsədi ilə qadınları Türkiyəyə aparıb cinsi istismara məruz qoyması faktı müəyyən edilib və o, tutulub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR