“Unibank”a məxsus investisiya şirkəti qiymətli kağızlar bazarında lider olub

“Unibank”a məxsus investisiya şirkəti qiymətli kağızlar bazarında lider olub
# 11 avqust 2016 12:54 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. “Unicapital İnvestisiya Şirkəti” ASC dövlət qiymətli kağızlar bazarında göstərilən xidmətlərin həcminə görə, broker şirkətlərin iyul ayı üçün renkinqinə başçılıq edir.

“Unibank”dan “APA-Economics”ə verilən məlumata görə, Bakı Fond Birjasının Analitik şöbəsinin hesablamalarına əsasən, şirkətin müştərilərə göstərdiyi xidmətinin həcmi ay ərzində 52 mln. 795 min 373 manat olub.

Qeyd edək ki, “Unicapital İnvestisiya Şirkəti” dövlət istiqrazlarının alınması istiqamətində hüquqi və fiziki şəxslərə, eləcə də qeyri-rezidentlərə geniş xidmət təklif edir.

Nizamnamə kapitalı 100%-lik “Unibank”a məxsus olan “Unicapital İnvestisiya Şirkəti”, qiymətli kağızlar bazarında lider mövqeyini günü-gündən artırmaqdadır. Qiymətli kağızlar bazarının uzun illərdir ki, iştirakçısı olan “Unicapital İnvestisiya Şirkəti”, hüquqi və fiziki şəxsləri də əhatə etməklə böyük müştəri bazasına malikdir. Uğurlu bazar təcrübəsi sayəsində “Unicapital İnvestisiya Şirkəti” istər Azərbaycan bazarına daxil olmaq istəyən xarici investorlar, istərsə də yerli hüquqi və fiziki müştərilər üçün etibarlı tərəfdaşdır. İnvestisiya şirkəti qiymətli kağızlar bazarında həm əsas, həm də yardımçı investisiya xidmətləri göstərir.

Etibarlı “Forex” xidməti təqdim edən “Unicapital İnvestisiya Şirkəti”, tələb olunan bütün lisenziyaları əldə edərək, Azərbaycan “Forex” bazarında aparıcı yerlərdədir. “Unicapital”ın “Forex” xidmətindən istifadə etmək istəyən hər bir müştəri aşağı spred, 24/7 dəstək, vəsaitin dərhal, limitsiz və komissiyasız mədaxili və məxarici kimi üstünlüklərdən istifadə edə bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR