Egey dənizinin Türkiyə sahillərində 40-dək qaçqın boğulub

Egey dənizinin Türkiyə sahillərində 40-dək qaçqın boğulub
# 30 yanvar 2016 19:50 (UTC +04:00)

Bakı-APA. Egey dənizinin Türkiyə sahillərində miqrantları daşıyan gəmi qəzaya uğrayıb, nəticədə beşi uşaq olmaqla, azı 39 nəfər boğulub. APA-nın “Hurriyet”e istinadən verdiyi xəbərə görə, qaçqınları Yunanıstanın Lesbos adasına aparan gəmi Çanaqqala əyalətinin Yeyvacıq şəhəri yaxınlığında batıb.

Sahil mühafizə qüvvələri 62 nəfəri xilas edib, onların Əfqanıstan, Suriya və Myanma vətəndaşları olduğu bildirilir.

Məlumata görə, qaçqınların qanunsuz daşınmasını təşkil etməkdə şübhəli bilən bir Türkiyə vətəndaşı saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR