Azərbaycan yığması Antalyaya 25 futbolçu ilə yollanır

Azərbaycan yığması Antalyaya 25 futbolçu ilə yollanır
# 14 mart 2016 12:05 (UTC +04:00)

Bakı – APA. Azərbaycan milli komandasının heyəti açıqlanıb. Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, martın 21-dən 27-dək Türkiyənin Antalya şəhərində keçiriləcək təlim-məşq toplanışında 25 futbolçu iştirak edəcək.

Yığmanın baş məşqçisi Robert Prosineçki 2016-cı ilin ilk hazırlıq prosesində 3 qapıçı, 8 müdafiəçi, 12 yarımmüdafiəçi və 2 hücumçu çağırıb.

Ölkə xaricində oynayan 3 legioner də toplanışa cəlb edilib. Bunlar milliləşən legionerlər Dmitri Nazarov, Tuğrul Erat və Eddi İsrafilovdu. Komandaya hələ millidə debüt etməyən Murad Səttrarlı da dəvət alıb.

Qeyd edək ki, millimiz toplanış çərçivəsində bir yoxlama matçı keçirəcək. Komandamız martın 26-da - Qazaxıstan yığması ilə yoldaşlıq oyununda qüvvəsini sınayacaq.

Qapıçılar: Kamran Ağayev (“İnter”), Aqil Məmmədov (“Neftçi”), Səlahət Ağayev (“Sumqayıt”);

Müdafiəçilər: Tərlan Quliyev (“Kəpəz”), Maksim Medvedev, Bədavi Hüseynov, Rəşad Sadıqov (hamısı “Qarabağ”), Məhəmməd Mirzəbəyov, Arif Daşdəmirov, Pavel Paşayev, Ruslan Abışov (hamısı “Qəbələ”);

Yarımmüdafiəçilər: Cavid Tağıyev, Qara Qarayev, Əfran İsmayılov (hamısı “Qarabağ”), Rəşad Eyyubov (“Qəbələ”), Elvin Məmmədov (“Zirə”), Dmitri Nazarov (“Karlsrue”, Almaniya), Rəhman Hacıyev, Araz Abdullayev (“Neftçi”), Eddi İsrafilov (“Kordoba”, İspaniya), Murad Səttarlı (AZAL), Tugrul Erat (“Fortuna”, Dusseldorf, Almaniya), Namiq Ələsgərov (“Kəpəz”);

Hücumçular: Ağabala Ramazanov (“Sumqayıt”), Ruslan Qurbanov (“Neftçi”).

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR