Qardaşını bıçaqlayana 5 il həbs cəzası verilib

Qardaşını bıçaqlayana  5 il həbs cəzası verilib
# 06 aprel 2016 13:56 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qardaşını bıçaqlamaqda təqsirləndirilən Kamil Novruzəliyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

APA-nın məlumatına görə, məhkəmənin hökmü ilə K. Novruzəliyev 5 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən il noyabrın 1-də baş verib. Əvvəllər məhkum olunmuş, 1958-ci il təvəllüdlü Kamil Novruzəliyev münaqişə zəminində yaşadığı evin həyətində qardaşı, 1971-ci il təvəllüdlü Qabilə bıçaq xəsarəti yetirib. Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində K. Novruzəliyev tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR