AMB: Fevralda kredit qoyuluşlarının həcmi 4,2% azalıb

AMB: Fevralda kredit qoyuluşlarının həcmi 4,2% azalıb
# 04 aprel 2016 10:57 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kredit təşkilatlarının kredit qoyuluşlarının həcmi 2016-cı il martın 1-ə 19 mlrd. 731,9 mln. manat təşkil edib.

"APA-Economics" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının açıqladığı statistikada qeyd olunub.

Statistikaya əsasən, bu göstərici fevralın 1-ə olan göstərici ilə müqayisədə 858,8 mln. manat və ya 4,2% azdır. Belə ki, yanvar ayında 20 mlrd. 590,7 mln. manat təşkil edib.

Ötən ilin müvafiq dövrünə nisbətən isə bu rəqəm 405,8 mln. manat və ya təxminən 2% azalma deməkdir. Qeyd edək ki, 2015-ci il martın 1-ə əhalinin banklardakı əmanətlərinin həcmi 20 mlrd. 137,7 mln. manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR