Çində uşaq oğurluğu ilə məşğul olan şəxs edam edilib

Çində uşaq oğurluğu ilə məşğul olan şəxs edam edilib
# 29 yanvar 2016 09:54 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Çində 20-dən çox körpəni satmaqda təqsirləndirilən cinayətkar qrupun rəhbəri Tan Yunçji edam edilib.

APA-nın Çinin CNS xəbər agentliyinə istinadən verdiyi məlumata görə, o, bir qrup şəxslə əlbir olaraq uşaqların oğurlanması və satışı ilə bağlı biznes təşkil edib.

Körpələr ölkənin cənub-qərbində yerləşən Yunnan əyalətindən oğurlanaraq Çinin mərkəzi əyaləti olan Xenanda satılıb.

2008-ci ilin fevralından 2013-cü ilin aprelinə qədər 22 uşaq cinayətkar dəstənin qurbanına çevrilib.

Qrupun rəhbərinə ən yüksək cəza verilib, onun bütün əmlakı da müsadirə edilib.

Qrupun digər üzləri isə müxtəlif müddətə həbs cəzasına məhkum olunublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR