Bakıda qardaş bacısını qətlə yetirib

Bakıda qardaş bacısını qətlə yetirib
# 18 aprel 2016 08:26 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda qətl törədilib.

Nizami rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, rayon ərazisində məskunlaşan məcburi köçkün, 1977-ci il təvəllüdlü Elşad Davudov bacısı, 1982-ci il təvəllüdlü Turanə Davudovanı yaşadığı evdə bıçaqlayıb. Nəticədə xəstəxanaya çatdırılan qadın orada dünyasını dəyişib.

Hadisəni törədən E. Davudov saxlanılıb.

Faktla bağlı Nizami rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR