106 saylı məktəbdə şagirdlərə şəxsiyyət vəsiqələrinin verilməsinə başlanılıb

106 saylı məktəbdə şagirdlərə şəxsiyyət vəsiqələrinin verilməsinə başlanılıb
# 14 mart 2016 12:04 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. “ASAN xidmət”in “Sənədsiz məktəbli qalmasın” sosial aksiyası davam edir. “ASAN xidmət”in informasiya təminatı şöbəsindən APA-ya verilən məlumata görə, bu gündən etibarən Səyyar ASAN xidmət Bakı şəhəri Qaradağ rayonunda 106 saylı orta məktəbdə şagirdlərə şəxsiyyət vəsiqələrinin verilməsinə başlanılıb.

15 martdan isə səyyar avtobus vasitəsilə Sabunçu rayonu Maştağa qəsəbəsi yerləşən 293 saylı orta məktəbin qarşısında 17 ümumtəhsil məktəbində təhsil alan şagirdlərə şəxsiyyət vəsiqələrinin verilməsi planlaşdırılır.

Aksiyanın məqsədi şagirdlərin “ASAN xidmət” mərkəzinə gəlmədən, vaxt itkisi olmadan şəxsiyyət vəsiqəsi almasını təmin etməkdir.

Qeyd edək ki, aksiya çərçivəsində artıq 3000-dən çox məktəbliyə şəxsiyyət vəsiqəsi verilib və bu aksiya Bakı şəhərində yerləşən bütün məktəbləri əhatə edənə qədər davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR