Krımda baş verən yol qəzasında ikisi azyaşlı olmaqla 6 nəfər ölüb

Krımda baş verən yol qəzasında ikisi azyaşlı olmaqla 6 nəfər ölüb
# 14 may 2016 03:20 (UTC +04:00)

Bakı-APA. Krımda minik və yük avtomobillərinin toqquşması nəticəsində ikisi azyaşlı olmaqla 6 nəfər ölüb.

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, qəza “Simferopol-Aluşta-Yalta” avtomagistralının Vinoqradnoye qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

“KamAZ” yük avtomobili əks istiqamətdə hərəkət edən “Daewoo Lanos” markalı minin avtomobili ilə toqquşub. Qəza nəticəsində “Daewoo”da olan 6 nəfər ölüb. Onlardan ikisi, 2010 və 2012-ci il təvəllüdlü azyaşlılardır.

Hadisənin başvermə səbəbləri barədə məlumat verilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR