Dələduzluq və rüşvətxorluqda təqsirləndirilən keçmiş hakimin şikayəti təmin olunmayıb

Dələduzluq və rüşvətxorluqda təqsirləndirilən keçmiş hakimin şikayəti təmin olunmayıb
# 22 oktyabr 2015 10:15 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Ali Məhkəmədə dələduzluq və rüşvətxorluqda təqsirləndirilən keçmiş hakim Həsən Əliyevin kassasiya şikayətinə baxılıb.

APA-nın məlumatına görə, məhkəmə şikayəti təmin etməyib.

İttiham aktına görə, Ramazan Səlimov adlı şəxs işə düzəlmək üçün Elman Məmmədova müraciət edib. E. Məmmədov isə onu Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Həsən Əliyevlə tanış edib. Həsən Əliyev R. Səlimovdan işə düzəltmək adı ilə 600 min manat pul alıb. Lakin sonradan pulu qaytarmayıb. Bundan sonra R. Səlimov polisə şikayət edib. Şikayət əsasında cinayət işi başlanıb və E. Məmmədov həbs olunub. Daha sonra məlum olub ki, Taleh Süleymanov adlı şəxs də cinayətdə iştirak edib və o da həbs edilib.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elman Məmmədov 8 il, Taleh Süleymanov 7 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə azadlıqda olan Həsən Əliyevin barəsində isə 7 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edib. O, məhkəmə zalında olunub.

Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apellyasiya şikayəti veriblər. Lakin onlar şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılmasını istəyiblər. Gəncə Apellyasiya Məhkəməsində bununla bağlı keçirilən iclasda dövlət ittihamçısı çıxış edərək bildirib ki, cinayət işi üzrə işə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxıldığı üçün apellyasiya şikayəti də Gəncə Apellyasiya Məhkəməsində araşdırılmalıdır. Prokuror işin Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi barədə vəsatət verib. Hakimlər vəsatəti təmin ediblər. Həmin qərarla razılaşmayan Həsən Əliyev isə kassasiya şikayəti verib.

Prezident İlham Əliyev Həsən Əliyevin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi haqqında sərəncam imzalayıb. Buna səbəb kimi Həsən Əliyevin qanunvericiliyin tələblərini dəfələrlə kobudcasına pozması göstərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR