Cahangir Hacıyevin apellyasiya şikayəti təmin edilməyib

Cahangir Hacıyevin apellyasiya şikayəti təmin edilməyib
# 10 dekabr 2015 12:59 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Apellyasiya Məhkəməsində Beynəlxalq Bankın İdarə Heyətinin həbsdə olan sabiq rəhbəri Cahangir Hacıyevin apellyasiya şikayətinə baxılıb.

APA-nın məlumatına görə, prosesdə çıxış edən Cahangir Hacıyev bildirib ki, onun həbsdə saxlanılması istintaqın işinə mane ola bilər. O bildirib ki, istintaq orqanına lazım olan bəzi sənədlər xarici ölkələrdədir. Həmin sənədlərin gətirilməsi lazımdır. C. Hacıyev qeyd edib ki, istintaq orqanından qaçıb gizlənmək fikri yoxdur.

Məhkəmə şikayəti təmin etməyib.


Qeyd edək ki, C. Hacıyev Cinayət Məcəlləsinin 179.1 (Mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham olunur.

Dekabrın 5-də Nərimanov rayon Məhkəməsinin qərarı ilə onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Həmin qərarla razılaşmayan C. Hacıyev apellyasiya şikayəti verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR