Dünya bazarında qızıl ucuzlaşıb

Dünya bazarında qızıl ucuzlaşıb
# 02 fevral 2016 06:33 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Amerika fond bazarında Dow Jones indeksi 0,10% - 16 449,18 bəndədək, S&P 500 0,04% - 1 939,38 bəndədək azalıb, NASDAQ 0,14% - 4 620,37 bəndədək artıb.

APA-Economics”in məlumatına görə, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,39% - 6 060,10 bəndədək, Almaniya DAX-ı 0,41% - 9 757,88 bəndədək, Fransa CAC-40-ı 0,56% - 4 392,33 bəndədək ucuzlaşıb.

COMEX-də sonuncu hərraclarda qızılın unsiyası 1,40 dollar azalaraq 1 126,66 dollara, gümüş isə 0,05 dollar ucuzlaşaraq 14,29 dollara satılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR