Məşhur "Həzrəti Yusif" filminin rejissoru vəfat edib

Məşhur "Həzrəti Yusif" filminin rejissoru vəfat edib
# 27 fevral 2016 09:20 (UTC +04:00)

Bakı - APA. Dünyaca məşhur rejissor, aktyor və ssenarist, əslən azərbaycanlı olan Fərəcullah Sələhşur 63 yaşında vəfat edib.

APA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, F. Sələhşur bu gün səhərə saatlarında ağ ciyər xərçəngi ilə bağlı müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

F. Sələhşur 3 noyabr 1952-ci ildə İranın Qəzvin şəhərində anadan olub.

F. Sələhşur məşhur “Həzrət Yusif” filminin ssenari müəllifi və baş rejissoru olub. Həmin serial 7 ilə çəkilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR