Bakıda restoranda ölüm hadisəsi baş verib

Bakıda restoranda ölüm hadisəsi baş verib
# 10 mart 2016 13:50 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Bakıda restoranda ölüm hadisəsi baş verib.

Xəzər Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Mərdəkan qəsəbəsində yerləşən “Tropikanka” restoranında qeydə alınıb. Orada istirahət edən 1968-ci il təvəllüdlü Eldar Hacıbala oğlu Səfərəliyev qəfildən v'fat edib. Ölümün səbəblərini müəyyənləşdirməkdən ötrü müvafiq ekspertiza təyin olunub.

İlkin ehtimala görə, E. Səfərəliyev ürək tutmasından ölüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR