Londonda Azərbaycana dəstək aksiyası keçirilib

Londonda Azərbaycana dəstək aksiyası keçirilib
# 05 aprel 2016 00:28 (UTC +04:00)

Bakı-APA. Londonda Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) dəstəyi ilə Böyük Britaniyada təhsil alan azərbaycanlı gənclər aksiya keçiriblər.

APA-nın məlumatına görə, aksiya iştirakçıları Ermənistanın son hərəkətlərinə etirazlarını ifadə ediblər.

Etirazçılar Ermənistan səfirliyinin qarşısında Azərbaycan bayraqlarını dalğalandırıb, əllərində "Erməni təcavüzünə son" və "Dağlıq Qarabağ Azərbaycanındır" yazılan plakatlar tutub, "Sülh, ədalət istəyirik", "Qarabağ bizimdir, bizim olacaq" və s. şüarlar səsləndiriblər.

Nümayişə qatılan TEAS-ın direktoru Lionel Zetter Ermənistanın hərəkətlərini pisləyib, son günlərdə yaşanan hadisələrin Ermənistanın beynəlxalq təşkilatların qərarlarına məhəl qoymadığına görə baş verdiyinİ vurğulayıb.

“Siz ya beynəlxalq hüquqa riayət edirsiniz, ya da etmirsiniz. Etmədiyiniz halda isə günahkara çevrilirsiniz. Əgər Ermənistan Azərbaycana qarşı təcavüz etməsəydi, bugünkü qarşıdurmalar baş verməzdi”, deyə L.Zetter bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR