Bakıda mənzildən meyit tapılıb

Bakıda mənzildən meyit tapılıb
# 13 aprel 2016 14:35 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda mənzildən meyit tapılıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, nazirliyə Yasamal rayonunda 1935-ci il təvəllüdlü Zolatik Yuri Serqeyeviçin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilə baxış keçirərkən zərərçəkmişi huşsuz vəziyyətdə aşkar ediblər. Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə zamanı Y. Serqeyeviçin vəfat etdiyi müəyyən olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR