Suriyada Rusiya ordusunun əsgəri ölüb

Suriyada Rusiya ordusunun əsgəri ölüb
# 11 may 2016 20:55 (UTC +04:00)

Bakı-APA. Suriyanın Homs vilayətində ağır yaralanan Rusiya hərbi qulluqçusu Anton Yerıqin hospitalda dünyasını dəyişib.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Rusiyanın Hmeymin hərbi bazasındakı nümayəndəsi bildirib.

“Rusiya məxsus avtomobilləri müşayiət edən hərbçilər arasında olan Anton Yerıqin silahlıların açdığı atəş nəticəsində ağır yaralanıb. Hərbi qulluqçu dərhal hospitala çatdırılıb. Rusiya hərbi həkimlərinin bütün səylərinə baxmayaraq, Anton Yerıqini xilas etmək mümkün olmayıb”, deyə nümayəndə bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR