Nazir: “Meteoroloji proqnozlar özünü 94-97 faiz doğruldur”

Nazir: “Meteoroloji proqnozlar özünü 94-97 faiz doğruldur”
# 23 may 2016 11:01 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. “Həyata keçirilmiş tədbirlər nəticəsində meteoroloji proqnozların özünü doğrultması 94-97% təşkil edir”.

APA-nın xəbərinə görə, bunu YAP-ın saytına müsahibəsində ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov deyib. O qeyd edib ki, hidrometeoroloji müşahidə sistemi modernləşdirilib, təhlükəli hidrometeoroloji hadisələrə nəzarətin gücləndirilməsi, proqnoz və erkən xəbərdarlıq sisteminin təkmilləşdirilməsi məqsədilə Kür çayının mənsəbində səviyyə tərəddüdünü və Kiş çayında sel axınlarını, o cümlədən Şahdağın Kabaş zirvəsində və Ləzə məntəqəsində yüksək dağlıq ərazilərin hava şəraitini real vaxt rejimində izləməyə imkan verən avadanlıqlar quraşdırılıb: “Qafqazda ən yüksək dağlıq "Kompleks Hidrometeoroloji və Ekoloji Tədqiqat Elm Mərkəzi" yaradılıb, Bazardüzü – Şahdağ - Tufandağ ekosistemlərinin tədqiqi məqsədilə Mərkəzdə 3 avtomat meteoroloji stansiya qurulub, bütün kompleks alternativ enerji ilə təmin olunub. Müşahidə sisteminin avtomatlaşdırılması və modernləşdirilməsi işləri davam etdirilir. Artıq günəş panelləri hesabına alternativ enerji ilə təchiz olunmuş avtomat meteostansiyaların sayı 67-yə çatıb. Fransadan məlumatların təhlükəsiz saxlanması və idarə olunmasına imkan verən iqlim məlumatlarının idarə olunması sistemi və məlumatların yığılması, ötürülməsi və emalı üçün müasir telekommunikasiya sistemi alınıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR