“Azercell Telekom” beynəlxalq zənglərə görə tətbiq olunan 5 illik endirimi ləğv edir

“Azercell Telekom” beynəlxalq zənglərə görə tətbiq olunan 5 illik endirimi ləğv edir
# 29 avqust 2016 07:42 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. “Azercell Telekom” MMC beynəlxalq zənglərə görə 5 il ərzində tətbiq olunan 20% endirimi ləğv edir.

“Azercell”dən “APA-Economics”ə verilən məlumata görə, 07.09.2016-cı il tarixdən etibarən, “5 il bizimlə” proqramı çərçivəsində beynəlxalq zənglərə görə tətbiq olunan 20% endirim ləğv edilir.

Şirkətdən bildirilib ki, bundan sonra “5 il bizimlə” proqramı iştirakçılarına beynəlxalq zənglərə görə aid olduqları tarif paketlərinin müvafiq tarifləri tətbiq ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR