Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb
# 04 oktyabr 2016 09:42 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Azərbaycan Milli Məclisinin payız sessiyasında növbəti plenar iclası oktyabrın 14-də olacaq.

Parlamentdən APA-ya verilən məlumata görə, iclasın gündəliyinə 30 məsələ daxildir.

Bunlar “Büdcə sistemi haqqında”, “Korrupsiyaya qarşı mübarizə haqqında”, “Təhsil haqqında”, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında”, “Reklam haqqında”, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarın maraqlarının qorunması haqqında”, “Yol hərəkəti haqqında” və sair qanunlara, o cümlədən Vergi, Mülki Prosessual, Əmək, İnzibati Xətalar məcəllələrinə dəyişikliklərdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR