Məktəb direktoru vəzifəsinə qəbulla bağlı yenidən müsabiqə elan olunacaq

Məktəb direktoru vəzifəsinə qəbulla bağlı yenidən müsabiqə elan olunacaq
# 19 aprel 2016 10:21 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. “Yay aylarında müəllimlərin işə qəbulu müsabiqəsi başa çatdıqdan sonra biz yenidən Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbulla bağlı müsabiqə elan etməyi planlaşdırırıq”.

APA-nın xəbərinə görə, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Eşqi Bağırov deyib.

O bildirib ki, Bakı şəhərində yerləşən məktəblərdə direktor vəzifəsini tutmaq istəyən şəxslər “Uğur sertifikatı”nı əldə etməlidir.

Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramının şöbəsinin müdiri Emin Əmrullayev qeyd edib ki, “Uğur sertifikatını” əldə etmək istəyənlər Qafqaz Universiteti, Xəzər Universiteti, Azərbaycan Dövlət İqtisad Universitetində müvafiq kursları bitirməlidirlər: “Hazırda Bakı şəhəri üzrə 100 nəfər müdavim təlimlərə cəlb olunub. Təlimlər artıq bitib. Onlar hazırda təcrübə proqramlarına cəlb edilib. Yekun attestasiya mayın sonu, iyunun əvvəllərində olacaq. Bakı şəhəri üzrə təxminən 70-80 faiz müdavim “Uğur sertifikatı” əldə edə biləcək. Bunun üçün onlar Təhsil Nazirliyinin nəzdində yaradılan komissiyada müsahibədən keçiriləcəklər. Sumqayıt şəhəri, Xızı və Abşeron rayonlarında 40 müdavim təlimlərə cəlb olunub. Habelə Gəncə, Samux, Göygöl və Daşkəsən rayonları üzrə isə təlimlərin I mərhələsi başa çatıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR