“Avropa İrs Günləri” münasibəti ilə Bakıda açıq konsert keçiriləcək

“Avropa İrs Günləri” münasibəti ilə Bakıda açıq konsert keçiriləcək
# 17 sentyabr 2016 13:18 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Sentyabrın 18-də “Avropa İrs Günləri”nin qeyd edilməsi münasibətilə Fəvvarələr Meydanında Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Gənclər Kamera Orkestrinin açıq konserti keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, tədbir Azərbaycan və Avropa bəstəkarlarının klassik musiqi əsərlərinin yerli və xarici turistlər arasında təbliği məqsədi ilə təşkil olunacaq.

Nəzərdə tutulmuş proqrama əsasən konsertdə Üzeyir Hacıbəyli, Qara Qarayev, Arif Məlikov, Aqşin Əlizadə, Vasif Adıgözəlov, Fikrət Əmirov və başqalarının dünya şöhrətli əsərlərindən parçalar səsləndirəcək, “Avropa İrs Günləri”nin konsepsiyasına uyğun olaraq, klassik Avropa bəstəkar musiqilərinin tanıdılması məqsədilə Volfqanq Amadey Mosart, Astor Piazzolo və Leroy Andersonun əsərlərinə yer veriləcək.

Dirijorluğu Fərhad Yusifbəyli tərəfindən həyata keçiriləcək konsertdə bir sıra beynəlxalq musiqi festivalları laureatları Samirə Cəlilova, Arzu Əliyeva və Taleh Yəhyayevin ifasında vokal nömrələri də səsləndiriləcək. Konsertin bədii rəhbəri Azərbaycan xalq artisti Yeganə Axundovadır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR