Ələt-Astara magistralında iki avtomobili toqquşub, dörd nəfər xəsarət alıb - YENİLƏNİB

Ələt-Astara magistralında iki avtomobili toqquşub, dörd nəfər xəsarət alıb - <span style="color: red;">YENİLƏNİB
# 28 fevral 2016 14:44 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev – APA. Lənkəranda 4 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın cənub bürosunun məlumatına görə, hadisə fevralın 28-də saat 16.00 radələrində Ələt-Astara magistralının 199-cu kilometrliyində, yolun rayonun Digah kəndindən keçən hissəsində qeydə alınıb.

Lənkəranın Mamusta kənd sakini, 1983-cü il təvəllüdlü Mətləb Malik oğlu Məmmədovun idarə etdiyi “VAZ-21015" markalı, 42 BM 205 dövlət nömrə nişanlı və Lənkəran şəhər sakini, 2000-ci il təvəllüdlü Kamran İlkin oğlu Abdullayevin idarə etdiyi "VAZ-2107" markalı, 90 LS 179 nömrə nişanlı minik avtomobilləri toqquşub.

Güclü zərbə nəticəsində hər iki avtomobilin sürücüsü və “VAZ-21015”-in iki sərnişini, rayonun Mamusta kənd sakinləri, 1963-cü il təvəllüdlü Sevil Həmid qızı Mirzəyeva və 1966-cı il təvəllüdlü Kamran Həmid oğlu Müseyibov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. K. Abdullayevin vəziyyəti daha ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.

İlkin versiyaya görə, qəzaya "VAZ-21007"-nin ötmə əməliyyatını düzgün yerinə yetirməməsi və qarşı tərəfə çıxması səbəb olub. Qəzanın dəqiq başvermə səbəbləri avtoekspertizanın verəcəyi yekun rəydən sonra məlum olacaq.

Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində araşdırmalara başlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR