SOCAR ötən ay ixrac etdiyi neft məhsullarının həcmini açıqlayıb

SOCAR ötən ay ixrac etdiyi neft məhsullarının həcmini açıqlayıb
# 01 aprel 2016 16:50 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi bu ilin mart ayında ixrac etdiyi neft məhsullarının həcmini açıqlayıb.

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, ötən ay 93 489 ton dizel yanacağı, 8 969 ton təyyarə yanacağı, 9 364 ton yüksək təzyiqli polietilen, 857 ton mütləqləşdirilmiş izopropil spirti, 5 981 ton maye piroliz qətranı, 6 min 187 ton propilen və 664 ton butilen butadien fraksiyası ixrac edilib.

Ümumilikdə, bu ilin yanvar-mart ayları ərzində 219 412 ton dizel yanacağı, 74 722 ton təyyarə yanacağı, 118 ton soba mazutu, 24 768 yüksək təzyiqli polietilen, 2 346 ton mütləqləşdirilmiş izopropil spirti, 15 084 ton maye piroliz qətranı, 12 211 ton propilen və 1 342 ton butilen butaduien fraksiyası ixrac edilib.

Qeyd edək ki, bu ilin mart ayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün) - 430,55 dollar, təyyarə yanacağının - 363,13 dollar, dizel yanacağının - 335,60 dollar, 1% kükürdlü mazutun qiyməti 162,10 dollar, yüksək təzyiqli polietilen 1141,25 dollar, butilen butadien fraksiyası 376,03 dollar, propilen 560 avro, mütləqləşdirilmiş izopropil spirti 677,50 avro təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR