ISESCO-nun baş direktoru: “Naxçıvanın islam mədəniyyətinin paytaxtı olması əlamətdar hadisədir”

ISESCO-nun baş direktoru: “Naxçıvanın islam mədəniyyətinin paytaxtı olması əlamətdar hadisədir”
# 11 mart 2016 10:16 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. “Naxçıvanın islam mədəniyyətinin paytaxtı elan olunmağı əlamətdar hadisədir. Çünki ISESCO-nun tarixində ilk hadisədir ki, bir ölkədə şəhərlər iki dəfə mədəniyyət paytaxtı elan olunsun".

APA-nın məlumatına görə, bunu ISESCO-nun baş katibi Əbdüləziz əl Tüveyci deyib. O bildirib ki, 2018-ci ildə İslam dünyasının nəzəri Naxçıvana yönələcək: "Bu hadisə Azərbaycanın təkcə qədim mədəniyyətə malik ölkə olması ilə bağlı deyil, Azərbaycanın ISESCO-nun vacib tərəfdaşı olduğunu da göstərir. Mən Azərbaycana hər zaman böyük sevgi ilə yanaşmışam".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR