Mərakeş səfiri: “Beynəlxalq ictimaiyyət Azərbaycanın ərazi bütövlüyü və suverenliyi mövzusunda həmrəydir“

Mərakeş səfiri: “Beynəlxalq ictimaiyyət Azərbaycanın ərazi bütövlüyü və suverenliyi mövzusunda həmrəydir“
# 08 aprel 2016 15:43 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. “Mərakeşin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi İslam Əməkdaşlıq Təşkilatının bu məsələdə qəbul etdiyi qərarlarla eynilik təşkil edir”.


APA-nın xəbərinə görə, bunu Mərakeş Krallığının Azərbaycandakı səfiri Həsən Hami “Gənc diplomatlarla görüş” adlı tədbirdə çıxışı zamanı deyib.

“Bu məsələ ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, İslam Əməkdaşlıq Təşkilatının qərarları var. Bütün beynəlxalq ictimaiyyət Azərbaycanın ərazi bütövlüyü və suverenliyi mövzusunda həmrəydir”, - deyə o, söyləyib.


Sabitliyin bölgə üçün çox vacib olduğunu deyən diplomat Azərbaycanın burada böyük oyunçu olduğunu diqqətə çatdırıb.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR