Rusiya Dövlət Dumasında təmsil olunacaq partiyaların adları açıqlanıb

Rusiya Dövlət Dumasında təmsil olunacaq partiyaların adları açıqlanıb
# 19 sentyabr 2016 09:21 (UTC +04:00)

Bakı-APA. Rusiya Dövlət Dumasına seçkilərlə əlaqədar bülletenlərin 93 faizi sayılıb.

APA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Rusiya Mərkəzi Seçki Komissiyası (MSK) əldə olunmuş nəticələrə əsasən Dövlət Dumasında təmsil olunacaq partiyaların adlarını açıqlayıb.

Beləliklə, Dövlət Dumasında 54,27 faiz səs toplamış Vahid Rusiya Partiyası, Kommunist Partiyası (13,46 faiz səs), Liberal Demokrat Partiyası (13,25 faiz səs) və Ədalətli Rusiya Partiyası (6,17 faiz səs) təmsil olunacaq. Səslər 100 faiz sayıldıqdan sonra bu nəticələrdə ciddi dəyişiklik olacağı gözlənilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR