ARDNF-nin vəsaiti hesabına xaricdə təhsil alan tələbələrin sayı açıqlanıb

ARDNF-nin vəsaiti hesabına xaricdə təhsil alan tələbələrin sayı açıqlanıb
# 29 iyun 2016 15:17 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə– APA-Economics. 2015-ci ildə Təhsil Nazirliyinin sifarişlərinə əsasən ARDNF-dən “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsi məqsədilə ayrılmış 35,5 mln. manat vəsaitin 16,8 mln. manatı yaşayış, 17,2 mln. manatı təhsil, təqribən 0,8 mln. manatı yol, 0,5 mln. manatı tibbi sığorta, 0,1 mln. manatı viza və qeydiyyat və 0,1 mln. manatı isə digər xərclərin ödənilməsinə yönəldilib.

"APA-Economics" ARDNF-nin 2015-ci ildə fəaliyyəti haqqında hesabatına istinadən xəbər verir ki, 2008-2015- ci illər ərzində ARDNF tərəfindən bu proqramın maliyyələşdirilməsinə ümumilikdə 156,8 mln. manat məbləğində vəsait ayrılıb.

31 dekabr 2015-ci il tarixinə ARDNF-nin vəsaiti hesabına xaricdə təhsili maliyyələşdirilmiş tələbələrin ümumi sayı 3 283 nəfər təşkil edir. Dövlət proqramında iştirak edən gənclərin əksər hissəsi Böyük Britaniya (28,9 %), Türkiyə (22,2 %), Almaniya (12,5%), Kanada (7,2 %), Niderland (5,3 %) və Rusiya (3,8 %) universitetlərində təhsil alırlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR