Astara sakini narkotik vasitə satarkən saxlanılıb

Astara sakini narkotik vasitə satarkən saxlanılıb
# 21 may 2016 10:21 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Astara rayon sakini narkotik vasitə satarkən saxlanılıb.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, Zəngilan rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran rayonunun Göyşaban kəndində Astara rayon sakini Kənan Mirzəzadə 1 kiloqram heroini və 400 qram tiryəki satarkən tutulub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR