Sabah Naxçıvan Ali Məclisinə seçkilərlə əlaqədar seçkiqabağı təşviqat başlayacaq

Sabah Naxçıvan Ali Məclisinə seçkilərlə əlaqədar seçkiqabağı təşviqat başlayacaq
# 19 oktyabr 2015 05:57 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. Sabah Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə noyabrın 1-ə təyin edilmiş seçkilərlə əlaqədar seçkiqabağı təşviqat başlayır.

APA-nın məlumatına görə, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilərdə seçkiqabağı təşviqat 2015-ci il oktyabr ayının 20-də başlanır və oktyabr ayının 31-i saat 08:00-da dayandırılır.

Qeyd edək ki, noyabrın 1-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər 45 seçki dairəsi üzrə keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR