Almatada sel təhlükəsi barədə xəbərdarlıq edilib

Almatada sel təhlükəsi barədə xəbərdarlıq edilib
# 08 may 2016 11:22 (UTC +04:00)

Bakı-APA. Qazaxıstanın Almata şəhəri və Almata vilayətində 9-10 may tarixlərində sel və subasmaya səbəb ola biləcək fırtına ilə bağlı xəbərdarlıq edilib.

APA-nın “Novosti-Kazaxstan” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Almata şəhər Fövqəladə hallar departamenti məlumat yayıb.

Xəbərdarlıqda qeyd edilib ki, 9-10 may tarixlərində leysan yağışların Almata vilayətindəki çaylarda sel təhlükəsi yaradacağı proqnozlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR