Bağlanan iki bankın əmanətçilərinə ödənilən kompensasiyanın həcmi açıqlanıb

Bağlanan iki bankın əmanətçilərinə ödənilən kompensasiyanın həcmi açıqlanıb
# 04 iyul 2016 08:49 (UTC +04:00)

Bakı - APA-Economics. Sığorta hadisəsi baş vermiş "Bank of Azerbaijan" ASC-nin qorunan əmanətçilərinə seçilmiş agent banklar tərəfindən sənədləri qaydasında olan qorunan əmanətçilərə 24,036 min manat kompensasiya ödənilib.

Əmanətlərin Sığortalanması Fondundan "APA-Economics"ə verilən məlumata görə, əmanətçilərdən ərizələrin qəbuluna 29 yanvar 2016-cı il tarixindən etibarən agent bankların filiallarında başlanılıb və həmin gündən etibarən qorunan əmanətçilərə kompensasiya ödənişi həyata keçirilir.

30 iyul 2007-ci ildən fonda üzv olan "Gəncəbank" ASC-də 28 yanvar 2016-cı il tarixində sığorta hadisəsi baş verib.

Sığorta hadisəsi baş vermiş "Gəncəbank" ASC-nin qorunan əmanətçilərindən ərizələrin qəbuluna 4 fevral 2016-cı il tarixindən etibarən başlanılıb. Seçilmiş agent banklar tərəfindən sənədləri qaydasında olan qorunan əmanətçilərə 871 min manat kompensasiya ödənilib.

Ərizə formalarını "Bank of Azerbaijan" ASC və "Gəncəbank" ASC-nin qorunan əmanətçiləri Əmanətlərin Sığortalanması Fondunun Bakı şəhəri, Bül-Bül prospekti 40 ünvanında yerləşən ofisindən, sığorta hadisəsi baş vermiş “Bank of Azerbaijan” ASC və “Gəncəbank” ASC-nin filiallarından, agent bankların filiallarından və www.adif.az saytından əldə edə bilərlər.

Fond əmanətçilərin ərizələrini kompensasiyaların ödənilməsi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir.

Sığorta hadisəsi baş vermiş "Bank of Azerbaijan" ASC və "Gəncəbank" ASC-nin qorunan əmanətçilərinə 100% həcmində, lakin 30 min manatdan çox olmamaq şərti ilə kompensasiya ödənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR