Yanvar-fevral aylarında DGK xətti ilə dövlət büdcəsinə daxilolmalar 16% artıb

Yanvar-fevral aylarında DGK xətti ilə dövlət büdcəsinə daxilolmalar 16% artıb
# 17 mart 2016 09:28 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar-fevral aylarında Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə 243 mln. 262,36 min manat daxil olub.

"APA-Economics" komitənin açıqladığı statistikaya istinadən xəbər verir ki, gömrük daxilolmaları ötən ilin analoji dövrü ilə müqayisədə 33 mln. 732,39 min manat və ya 16,10% artıb.

Yanvar-fevral ayları ərzində gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 62 mln. 878,80 min manat, idxal edilən malların əlavə dəyər vergisi üzrə 173 mln. 587,67 min manat, aksizlər üzrə 3 mln. 424,78 min manat, yol vergisi üzrə isə 3 mln. 371,11 manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR