Gəncədə zəncirvarı qəza baş verib, xəsarət alan var

Gəncədə zəncirvarı qəza baş verib, xəsarət alan var
# 30 may 2016 11:12 (UTC +04:00)

Gəncə. Azər Məmmədli - APA. Gəncədə bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Dədə Qorqud küçəsində qeydə alınıb. Şəhərdə 11 saylı marşrut xətti üzrə sərnişin daşıyan “İsuzu” markalı avtobus, “Ford” və “VAZ-2106” markalı avtomobillər toqquşub. Qəza zamanı bir nəfər, 1959-cu il təvəllüdlü Azadxan İsmayılov müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin normal olduğu bildirilir.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR