Ermənistan cəbhədə ölən hərbçilərinin adlarını açıqlamağa başlayıb

Ermənistan cəbhədə ölən hərbçilərinin adlarını açıqlamağa başlayıb
# 04 aprel 2016 11:28 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Ermənistan Müdafiə Nazirliyi son günlər Qarabağ cəbhəsində ölən hərbçilərinin adlarını açıqlamağa başlayıb.

APA-nın “armtoday”ə istinadən verdiyi məlumata görə, hələlik 7 nəfərin adları elan olunub.

Bunlar 1978-ci il təvəllüdlü mayor Ovsep Maisyan, 28 yaşlı kapitan Ovsep Kirakosyan, 1990-cı il təvəllüdlü kapitan, dəstə komandiri Armenak Urfanyan, müqavilə əsasında xidmət edən sıravi Nodarik Marqaryan, kəşfiyyatçı-pulemyotçu, 27 yaşlı Sasun Mkrtçyan, pulemyotçu, 1996-cı il təvəllüdlü Kərəm Sloyan və serjant Yuri Faramazyandır.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR