AMEA-da Elm-Biznes Məktəbinin yaradılması istiqamətində iş aparılır

AMEA-da Elm-Biznes Məktəbinin yaradılması istiqamətində iş aparılır
# 19 fevral 2016 14:01 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. "Biz elmlə biznesin təmasını təmin etməliyik. Elmlə biznesin əlaqəsini təmin etmək üçün Elm-Biznes Məktəbinin yaradılması planlaşdırılır".

APA-nın məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif Əlizadə deyib.

AMEA prezidenti bu sahədə Türkiyədə uğurlu təcrübə olduğunu, hazırda bu təcrübənin öyrənildiyini bildirib: Elmlə biznesin təmasını yaratmaq çox mühümdür, bu sahədə ümid gənc alimlərədir”.

A. Əlizadə onu da bildirib ki, ötən il AMEA-ya 20 magistr qəbul olub, onlar artıq birinci semestri başa vuracaqlar. Bu il üçün isə qəbul yeri artırılaraq 63 yerə çatdırılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR