İran Ermənistanın atdığı mərmilərdən sonra sərhəd qüvvələrini hazırlıq vəziyyətinə gətirib

İran Ermənistanın atdığı mərmilərdən sonra sərhəd qüvvələrini hazırlıq vəziyyətinə gətirib
# 05 aprel 2016 20:57 (UTC +04:00)

Tehran. Süleyman Fərzəliyev-APA. Ermənistan silahlı bölmələrinin atdığı mərmilərin İran ərazisinə düşməsindən sonra bu ölkənin sərhəd qüvvələri hazırlıq vəziyyətinə gətirilib.

APA-nın Tehrandakı müxbirinin verdiyi xəbərə görə, İran Sərhəd Qoşunlarının komandanı, general-mayor Qasım Rzayi bildirib ki, top mərmilərinin ölkə ərazisinə düşməsi ilə əlaqədar münaqişə tərəflərinə xəbərdarlıq edilib.

Q. Rzayi deyib ki, son günlər baş verənlərlə bağlı İran-Azərbaycan sərhədinə baxış keçirib.

“İranın Ermənistan və Azərbaycanla sərhədləri tam təhlükəsizdir. Ümid edirik ki, tərəflər arasında sülh razılığı əldə olunacaq və problemlər həllini tapacaq”, - deyə Q.Rzayi baxışdan sonra jurnalistlərə bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR