Bakıda avtomobilin vurduğu piyada xəstəxanada ölüb

Bakıda avtomobilin vurduğu piyada xəstəxanada ölüb
# 05 oktyabr 2016 09:25 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, oktyabrın 2-də Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində Bakı şəhər sakini İlham İsayev idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən həmyerlisi Əsgər Cabbarovu vurub. Xəstəxanaya yerləşdirilmiş piyada oktyabrın 4-də orada ölüb.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR