Vergidən yayınan şirkət prezidenti İnterpol xətti ilə axtarışa verilib

Vergidən yayınan şirkət prezidenti İnterpol xətti ilə axtarışa verilib
# 22 fevral 2016 08:26 (UTC +04:00)

APA-nın məlumatına görə, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.

Məlumatda qeyd olunur ki, 1977-ci il təvəllüdlü Adil Ələsgərov külli miqdarda vergidən yayınmaqda təqsirləndirilir. A. Ələsgərov Azərbaycanı tərk etdiyi üçün barəsində dövlətlərarası axtarış elan edilib və saxlanılması üçün İnterpola müraciət olunub.

APA-nın əldə etdiyi məlumata görə, A.Ələsgərov Azərbaycanda fəaliyyət göstərən “ADF” şirkətinin prezidentidir. Adı çəkilən şirkət ölkəyə avtomobil ehtiyat hissələri gətirirmiş.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR